Azərbaycan I Liqasında VI tura bu gün keçirilən 3 qarşılaşma ilə yekun vurulub. Mərkəzi matçda liderlər – “Şəfa” ilə “Səbail” qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Digər matçlarda “Cəbrayıl” “Şahdağ Qusar”a, “Mingəçevir” isə “Zaqatala”ya qalib gəlib.
VI tur
“Şəfa” 2:2 “Səbail” – 2:2
“Zaqatala” 2:3 “Mingəçevir”
“Cəbrayıl” 3:1 “Şahdağ Qusar”
Hazırda turnir cədvəlinə 16 xalla “Şəfa” başçılıq edir. “Səbail” ondan 2 xal az toplayıb. İlk üçlüyü 13 xala malik “Mingəçevir” qapayır. Sonuncu pillədə 2 xalla “Şimal” qərarlaşıb.


















