Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb. 2 qızıl və 1 bürüncmedal qazanan Azərbaycan millisi 93 xalla komanda hesabında dünya üçüncüsü olub.
Yığmamız yalnız İran (143) və Ukraynadan (96) geri qalıb. Xatırladaq ki, idmaçılarımızdan Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.














