“Zirə” klubu futbolçusu Vinsent Tillə yollarını ayırıb. Oyunçu ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, Til, bu yay qəsəbə klubuna keçmişdi. O, cari mövsüm heç bir rəsmi görüşdə meydana çıxmayıb. Lüksemburqlu futbolçu, buna kimi 2023-2025-ci illər aralığında “Sabah”da çıxış edib.