İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Vilyarreal”a qarşı matçda fərqlənərək yeni göstəriciyə imza atıb. Norveçli forvard klub və millidə ardıcıl 12 matçda minimum bir qol vurmaqla Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldunun rekorduna şərik olub. Qeyd edək ki, Haaland, bu mövsüm bütün turnirlərdə keçirdiyi 14 oyunda 24 qol vurmağı bacarıb.
Dünya futbolu Haaland Ronaldunun göstəricisini təkrarladı














