Azərbaycan təmsilçisi “Abşeron Lions” FIBA Avropa Kubokunun əsas mərhələsində I qrupunda növbəti oyununa çıxıb. “Şirlər” Bakıda Polşa klubu “Trefl” ilə üzləşib. Görüş qonaqların 99:96 hesablı qələbəsi ilə bitib. Bu, “Abşeron Lions”un qrupda ikinci məğlubiyyəti olub. Belə ki, onlar daha əvvəl Estoniyadan “Kalev” uduzublar.

Hazırda I qrupuna 4 xalla “Trefl” başçılıq edir. “Kalev” və digẹr klubumuz “Neftçi”nin 3 xalı var. 2 xallı “Abşeron Lions” sonuncudur.