“Neftçi” Vensan Abubakarın transferini açıqlayıb. Kamerunlu hücumçu ilə “1+1” illik müqavilə imzalanıb. O, yeni komandasında “45” nömrəli formanı geyinəcək. Son klubu Türkiyənin “Hatayspor” klubu olan Abubakar, daha çox “Portu” və “Beşiktaş”dakı çıxışı ilə tanınıb. Forvard, yığmanın heyətində 115 matçda meydana çıxıb və 45 qol vurub.


















