Çilidə keçirilən 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib. Finalda Mərakeş və Argentina yığmaları üz-üzə gəlib. Matç Afrika təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0. Yassir Zabiri komandasının hər iki qolunun müəllifi olub. Bu Mərakeş seçməsi üçün tarixində ilk belə uğurdur. Yarışın bürünc medalına üçüncülük uğrunda görüşdə Fransanı məğlub edən Kolumbiya millisi sahib çıxıb. Qeyd edək ki, növbəti U-20 mundialına 2027-ci ildə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.