24-30 oktyabr aralığında Çinin Uşi şəhərində taekvando üzrə dünya çempionatı keçiriləcək. Yarışda Azərbaycanı 9 taekvondoçu təmsil edəcək. Kişilərdən Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhməzov (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), qadınlardan Minayə Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq) medalçılar sırqsına düşməyə çalışacaq.
Yığma qurumun icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında yarışa yollanıb.
Əlavə edək ki, beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yarışda Azərbaycanı ədalət təmsilçisi kimi təmsil edəcək.














