Meksikanın Qvadalaxara şəhərində təşkil edilən cüdo üzrə Qran-pri turniri başa çatıb. Yarışının sonuncu günündə üç idmançımız tatamiyə çıxıb.
100 kq çəki dərəcəsində Zelim Kotsoyev yarımfinalda kanadalı Kayl Reyesi məğlub edərək finala adlayıb. Təmsilçimiz həlledici görüşdə italiyalı Cennaro Pirellini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
100 kq-dan ağır çəkidə Uşangi Kokauri ABŞ təmsilçisi Aleks Semenenkoya qalib gələrək finala yüksəlib. O, həlledici döyüşdə çexiya cüdoçusu Lukas Krpaleki də məğlub edərək qızıl medalın sahibi olub.
90 kq-da isə Murad Fətiyev 3-cü yeri tutub.Bunadək 60 kq-da Balabəy Ağayev, 66-da Ruslan Paşayev, 73-də Hidayət Heydərov, 81-də Vüsal Qələndərzadə çempion olmuş, 60-da Əhməd Yusifov və 73-də Rəşid Məmmədəliyev bürünc mükafata yiyələnmişdi.
Nəticədə millimiz turniri 6 qızıl, 3 bürünc medalla birinci sırada tamamlayıb.














