Azərbaycanın Yüksək Liqa təmsilçisi “Xilasedici” klubu yeni voleybolçunun transferini açıqlayıb.

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Klub Yusif Bunyatovla anlaşıb. 21 yaşlı hücumçu ilə müqavilənin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.