Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar.

Təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya – Litva görüşünün hakimləri olacaqlar.

Matç oktyabrın 16-da Belqrad şəhərindəki “Voydovaç” İdman Mərkəzində keçiriləcək.