Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək FCSB (Rumıniya) – “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 23-də baş tutacaq.


















