2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində daha 8 oyun keçirilib. Portuqaliya İrlandiyadan, İtaliya Estoniyadan üstün olubsa, Norveç İsrailə şans tanımayıb. Türkiyə Bolqarıstanı darmadağın edib. İspaniya isə Gürcüstanı məğlub edərək liderliyini möhkəmləndirib.

K Qrupu

Latviya – Andorra – 2:2

Qollar: Zelenkov, 41, Qutkoviç, 55-pen. – San Nikolas, 33, Oliveyra, 78.

Serbiya – Albaniya – 0:1

Qol: Manay, 45+1.

F qrupu

Macarıstan – Ermənistan – 2:0

Qollar: Lukaçs, 56, Qruber, 90+4.

Portuqaliya – İrlandiya – 1:0

Qol: Neves, 90+1.

İ qrupu

Norveç – İsrail – 5:0

Qollar: Xalaili, 18-avtoqol, Haaland, 27, 63, 72, Naxmias, 28-avtoqol.

Estoniya – İtaliya – 1:3

Qollar: Sappinen, 76 – Kin, 4, Reteqi, 38. Espozito, 74.

E qrupu

İspaniya – Gürcüstan – 2:0

Qollar: Pino, 24. Oyarsabal, 64.

Bolqarıstan – Türkiyə – 1:6

Qollar: Kirilov, 13 – Gülər, 11, Popov, 49-avtoqol, Yıldız, 51, 56, Çelik, 65, Kahveci, 90+3.