Perunun paytaxtı Limada keçirilən Qran-pri turnirinin ilk günündə Azərbaycanın dörd cüdoçusu medal qazanıb. Belə ki, 60 kq-da yarışan Əhməd Yusifov gümüş, 48 kq-da Könül Əliyeva, 66-da Ruslan Paşayev və Rəşad Yelkiyev bürünc mükafata sahib çıxıblar. Qeyd edək ki, turnir oktyabrın 13-də başa çatacaq.