Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Özbəkistanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Daşkənddəki “Dostluq” stadionunda baş tutan görüşdə komandamız özbəkistanlı həmyaşıdları ilə üzləşib və 1-3 uduzub. Yığmanın heyətindê yeganə qolunu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub. Qeyd edək ki, oktyabrın 9-da komandalar arasında keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatmışdı.


















