Sabah Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 4-cü oyununu keçiriləcək. Seçməmiz səfərdə Ukrayna ilə üzləşəcək. Matçdan əvvəl keçirilən ənənəvi mətbuat komfransında millinin baş məşqçisi Ayxan Abbasov futbolçulara inandığını vurğulayıb:

“Sabah bizi yenidən gərgin oyun gözləyir. Fransa ilə əvvəlki qarşılaşmamız səfərdə idi və indi yenə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı çətindir. Cəmi iki günlük fasilə var. Futbolçuların yorğunluğu ola bilər. Amma nəyisə dəyişməyə və daha yaxşı olmağa çalışacağıq. Komandama və futbolçulara inanıram. Fransaya qarşı necə mübarizə apardıqsa, burada da elə etməliyik. Bu oyunda xal qazanmaq istəyiriksə, daha da yaxşı oynamalıyıq. Ukrayna bu oyuna final kimi köklənib. Son çətin səfər oyununda vacib qələbə qazandılar. İslandiyada hamı üçün oynamaq çətindir. Bakıda ilk oyundakı (1:1) heç-heçədən sonra Ukrayna bizə qarşı fərqli yanaşacaq. Amma bu bizi narahat etmir. Qorxmadan mübarizə aparmalıyıq. Bunu futbolçulara da dedik. İnanıram ki, sabah belə bir mübarizə göstərəcəyik.”

Qeyd edə ki, 13 oktyabr saat 22:45 start götürəcək Ukrayna-Azərbaycan qarşılaşması “CBC Sport”la canlı yayımlanacaq.