Həndbol üzrə son Azərbaycan çempionu “Kür” Avropa kubokunda ilk oyununa çıxıb. II təsnifat mərhələsindən müvarizəyə qoşulan komandamız səfərdə Macarıstan təmsilçisi “Balatonfüred” ilə üzləşib və 19-42 məğlub olub. Tərəflərin cavab matçı oktyabrın 19-da Bakıda baş tutacaq.