21 yaşadək futbolçular arasında Avropa çempionatı 2027-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Şotlandiya oyununun təyinatları açıqlanıb.

Görüşün idarəçiliyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Sayatu Karabayev olacaq. Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Şotlandiya matçı oktyabrın 14-də, saat 19:00-da “Liv Bona Dea” arenada keçiriləcək.