Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvləri bu gün Misirin paytaxtı Qahirədə start götürəcək dünya çempionatında çıxış edəcəklər. Ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində 49 kq-da Pərvin Məmmədov, 59-da Ceyhun Mahmudov, 88-də Rəsul Zəkiyev, 107-də İlhamiz Kərimov, 61-də Zəhra Dadaşova və 79-da Leyla Kərimova qüvvələrini sınayacaqlar.













