Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib. 1-ci təsnifat mərhələsində 4 oyun keçirilib. Bütün oyunlar saat 14:00-da başlayıb. “Şəki Siti” “Araz-Saatlı”nı “Dinamo” “Kür-Araz”ı 3:2, “Ağstafa gəncləri” “Şirvan”ı 1:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. “Qaradağ Lökbatan” “Ağdaş”a şans tanımayıb və 8:0 qələbə qazanıb. Sabah birinci etap çərçivəsində “Göygöl” – “Şəmkir”, “Quba” – “Xankəndi” oyunları baş tutacaq. Matçlar yenə saat 14:00-da start götürəcək.

















