Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb. Finalda Özbəkistan komandasını 3-0 hesabı ilə məğlub edən seçməmiz ölkə aktivinə növbəti qızıl medalı yazdırıb. Həlledici matçda qolları Şahmar Nağızadə, Vahid Məmmədov və Tərlan Qurbanəliyev vurub. Qeyd edək ki, yarışda üçüncü yeri Qırğızıstan tutub.














