Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Dünya Kuboku seriyasının qalibi olub. Fransanın Antib şəhərində keçirilən mövsümün son Dünya Kubokunda Tofiq Əliyev 29,200 xalla qızıl, Adil Hacızadə 26,800 xalla bürünc medal əldə edib. Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu yarışı ilk sırada başa vurduğu üçün Dünya Kuboku seriyasının qalibi olub.














