Azərbaycan idmançıları ənənəvi karate üzrə dünya çempionatında 5 medal qazanıblar. Yaponiyanın paytaxtı Tokioda keçirilən yarışda Əhməd Əfəndinin rəhbərliyi altında yeddi idmançı mübarizə aparıb. 15 yaşadək kadetlər arasında Ayxan Şabanzadə üçüncü olub. Gənclər arasında Salman Salmanov (kata) qızıl mükafata sahib çıxıb. Böyüklər arasında 74 kq-da İmran Quluzadə gümüş, 75 kq-dan artıq çəkidə isə Mehman Eynalov bürünc medal qazanıb. Komanda kumite yarışında Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalov ibarət kollektiv bürünc mükafata yiyələnib.