III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək. Şəkidə keçirilən çövkən yarışında Qazaxıstan və Qırğızıstan seçmələri bürünc medal uğrunda matçda üz-üzə gələcəklər.
Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.
Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçıların adın aydınlıq gələcək.
Qılıncoynatma üzrə mübarizə qaldığı yerdən davam edəcək.
Güllə atıcılığı üzrə yarış bu gün başa çatacaq.
3×3 basketbol üzrə Azərbaycanın oğlan və qızlar komandaları yarımfinal görüşünə çıxacaq.
Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.














