III MDB Oyunlarında avarçəkmə yarışları başa çatıb. Azərbaycan idmançıları bu idman növündə ümumilikdə 4 medal qazanıblar. Belə ki, Əlimurad Hacızadə gümüş medala sahibi olub. Amil Ramazanov iki bürünc mükafat qazanıb. İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.














