Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 2-də Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışı təşkil edəcək.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Marşrut 10 km məsafəni əhatə edəcək.
YArış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil olunacaq. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.














