Misli Premyer Liqasında VII tura yekun vurulub. “Sabah” səfərdə “Karvan-Yevlax”ı iki cavabsız qolla məğlub edib. “Qəbələ”nin qonağı olan “Şamaxı” isə 1-0 hesablı qələbəyə sevinib. Hazırda turnir cədvəlinə 15 xala malik “Turan Tovuz” başçılıq edir. Qərb klubunu 1 xal geri qalan “Araz-Naxçıvan” izləyir. 13 xal toplayan “Qarabağ” və “Zirə” növbəti pillələrdə növqe tutub. İlk beşliyi 11 xalla “Sabah” qapayır.