“Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasında ikinci matçına çıxıb.

Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv bu gün Bakıda Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gəlib.

“Azərsun Arena”da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə bitib – 5:0.

Qeyd edək ki, U-19 I turda səfərdə Portuqaliyanın “Benfika” komandasına 1:7 hesabı ilə uduzub. “Kopenhagen” isə evdə Almaniya təmsilçisi “Bayer 04″ə məğlub olub – 0:2.