“Gəncə” ötən mövsüm klubun heyətində çıxış edən basketbolçu Barrel Romelo ilə müqavilənin müddətini uzadıb.

Bu barədə bölgə təmsilçisindən məlumat verilib.

ABŞ-dən olan oyunçu daha bir təqvim ilində Gəncə klubunun şərəfini qoruyacaq.