Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi baş tutub. Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. İştirakçı ölkələrin komandalarının paradı keçirilib.
Ardınca Milli Təşkilat Komitəsinin sədri Samir Şərifova və MDB baş katibinin müavini Nurlan Seyitimov çıxış ediblər. Andiçmə mərasimi üçün səhnəyə Azərbaycanın çövkən millisinin kapitanı Elçin Camallı, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Əsgərxan Novruzov və bədii gimnastika yarışları üzrə hakim Ləman Cəbrayılova dəvət edilib. Onlar yarışın şəffaf şəkildə keçiriləcəyinə and içiblər.
Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib. Mərasim bədii hissə ilə davam edib. Qeyd edək ki, yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda keçiriləcək.














