Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışlarına start verilib. Gəncə İdman Sarayında təşkil edilən qadınların mübarizəsində təmsilçimiz Mehri Abdurrəhmanlı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulu üzrə üzməsində bürünc medal qazanıb.
Digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasına düşə bilməyib.











