Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə III MDB Oyunlarında gümüş medal qazanıb. O, 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında ikinci olub. Rusiyalı Aleksandr Filipets qızıl medal əldə edibsə, onun həmyerlisi Boqdan Toropkin üçüncü yerlə kifayətlənib.

Bununla yanaşı, 200 metr məsafəyə dörd üslubdan ibarət fərdi üzgüçülük yarışında Yeqor Maynitski bürünc medal əldə edib