Azərbaycanda keçirilən III MDB Oyunlarında çövkən yarışlarına start verilib. Şəki şəhər stadionunda baş tutan açılış oyununda Azərbaycan millisi Qırğızıstan komandası ilə qarşılaşıb. Görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, 6 kollektivin qatıldığı çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.














