III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışları başa çatıb. Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri turniri ikinciliklə başa vurublar. Hər iki yığmamız final qarşılaşmasında Rusiya seçmələri ilə üzləşib və gümüş medallarla kifayətləniblər.