Bu gün III MDB Oyunlarında 16 yaşadək futbolçular arasında yarış start götürür. Qəbələ şəhər stadionunda təşkil edilən turnir çərçivəsində qrup mərhələsinin iki görüşü baş tutacaq. A qrupunda yer alan Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Rusiya və Belarus qarşılaşacaq. Seçməmiz növbəti matçını oktyabrın 1-i Qırğızıstana qarşı keçirəcək.
Qeyd edək ki, yarışda 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.


















