Azərbaycan Basketbol Liqasında I tur davam edir. İkinci oyun günündə “Abşeron Lions” “Şəki” ilə qarşılaşıb. Matç “şirlər”in 91:80 hesablı qələbəsi ilə yekun vurulub. Qalib komandanın heyətində 17 xal toplayan Ceyms Freyzer görüşün ən məhsuldarı olub. Qeyd edək ki, turun ilk matçında “Sabah” “Neftçi”yə 86-75 qalib gəlib. I turun növbəti matçı sentyabrın 30-u NTD və “Gəncə” arasında olacaq.














