Bu gün 2025/26 mövsümü Azərbaycan Basketbol Liqasında start götürüb. Turun ilk oyun günündə cəmi bir görüş keçirilib. Bu matçda son çempion “Sabah” və vitse-çempion “Neftçi” üz-üzə gəlib. Görüş “Sabah”ın 86-75 hesablı qalibiyyəti ilə bitib. 18 xal, 14 ribaunda imza atan Casti Tillman “tələbələr”in qələbəsində böyük pay sahibi olub. Tur sentyabrın 27-si, saat 19:00-da başlayacaq “Abşeron Lions” – “Şəki” oyunu ilə davam edəcək.














