UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ”la Danimarkanın “Kopenhagen” klubu arasındakı oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib. Tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara işğaldan azad olunmuş şəhərlərin – Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Şuşa və Xankəndinin adları verilib. Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 1, saat 20:45-də start götürəcək və “CBC Sport”la canlı təqdim ediləcək.

















