Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin “Kilim” yamacı Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün homologasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçərək sertifikat əldə edib.
Sertifikat qeyd olunan yamacda slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verir.
Qeyd edək ki, “Kilim” yamacının ümumi uzunluğu 1897 metrdir.












