Bakıda fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-pri turnirində qadınların qısa proqramı keçirilib. Yarışda 30 ölkədən 35 idmançı çıxış edib. Yekunda israilli idmançı Sofia Şifrin 61.57 xalla 1-ci, çinli fiqurlu konkisürən Yihan Vong 60.96 xalla 2-ci, cənubi koreyalı idmançı Hyevon Joo isə 3-cü olub.

Təmsilçilərimizdən Arina Kaluqina 57.87 xalla 6-cı, Səbinə Əliyeva 35.76 xalla 28-ci, Leyli Axundova isə 35.33 xalla 29-cu pillədə mövqe tutub.

Qeyd edək ki Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.