“Abşeron Lions” FIBA Avropa Kubokunun I təsnifat mərhələsinin ilk oyununu keçirib. Təmsilçimiz evdə Kiprin “Anortosis” klubu ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan görüş komandamızın 89-73 hesablı qələbəsi ilə bitib. 16 xal, 10 ribaund, 2 asist edən qalib kollektivin üzvü Sadettin Donat matçın ən məhsuldarı adını qazanıb. Tərəflərin ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.