Rusiyanın nümayəndə heyətinin ilk qrupu III MDB Oyunlarında iştirak üçün artıq Azərbaycana gəlib. Bu gün onlar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər. Qonşu ölkə təmsilçiləri stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar. Qonaqları turnirin təşkilat komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.














