Bakıda fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-pri turniri start götürüb. Yarışda kişilər arasında qısa proqram baş tutub. Burada 21 ölkədən 22 idmançı çıxış edib. Yekunda Cənubi Koreyalı idmançı Minkyu Seo 82.67 xalla qalib olub. Birləşmiş Ştatlardan olan fiqurlu konkisürən Patrick Blekvel 75.86 xalla 2-ci, belçikalı Denis Kruqlov isə 73.75 xalla 3-cü pillədə qərarlaşıb