Azərbaycanın basketbol klubu “Abşeron Lions” bu gün FIBA Avropa kubokunda ilk oyununa çıxacaq. Beynəlxalq arenda debüt edəcək təmsilçimiz, I təsnifat mərhələsi çərçivəsində Bakı İdman Sarayında Kiprin “Anortosis” komandasını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab qarşılaşması oktyabrın 1-də Limassolda keçiriləcək. Qeyd edək ki, bu mövsüm “şirlər” ilə yanaşı, “Sabah” FIBA Çempionlar liqasının, “Neftçi” isə Avropa kubokunun əsas etapında mübarizə aparacaq.