II Liqada III tura 3 oyunla yekun vurulub. “Xankəndi” “Ağstafa Gəncləri” kollektivini 1-0 məğlub edib. “Kür-Araz” 3-2 hesabı ilə “Araz-Saat”lıya qalib gəlib. Eyni nəticənin qeydə alındığı matçda “Qaradağ Lökbatan” “Şəki Siti”dən üstün olub. Turnir cədvəlinə 3 oyuna maksimum xal toplayan “Xankəndi” başçılıq edir. Onları 6 xalı olan “Şəki Siti”, “Şəmkir”, “Şirvan” və “Qaradağ Lökbatan” izləyir.


















