Azərbaycan paraüzgüçüsü Raman Salei Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə növbəti mükafatı aktivinə yazıb. Təmsilçimiz bürünc medal qazanıb. İdmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub. Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb8.