“Kəpəz” baş məşqçi Adil Şükürovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klubu Adil Şükürova xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Qarşıdakı günlərdə yeni baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcəyi qeyd edilib. Xatırladaq ki, “Kəpəz” A.Şükürovun rəhbərliyi altında bu mövsüm Misli Premyer Liqasında keçirdiyi 5 oyunun hamısında uduzub və hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

















