Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 16 yaşadək futbolçular arasında baş tutacaq yarışın püşkü atılıb. Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. İkiinci yeri tutan komandalar 3-cülük, üçüncülər isə 5-ci pillə uğrunda görüşdə üz-üzə gələcəklər. Püşkatmanın nəticəsinə görə, Azərbaycan U-16 milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın kollektivləri üz-üzə gələcəklər.

















