Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandası Fransanın Strasburq şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edirlər.

Sentyabrın 25-də başa çatacaq təlim düşərgəsi qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyır.