Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarına çıxacaqlar.
İlk olaraq meydana “Zirə” çıxacaq.
“Qartallar” saat 12:15-də “MFK Hram” (Monteneqro) kollektivi ilə qarşılaşacaq.
Daha sonra “Birbaşa Bakı” – “Flaminqos” (Yunanıstan) və “Aznur” – “Brno” (Çexiya) matçları keçiriləcək. Hər iki qarşılaşma saat 15:45-də başlayacaq.














